LAYİHƏLƏRİMİZ



Brandium Ataşehir

Ataşehir’in en yüksek bölgesinde, şehrin merkezinde, bütün bağlantı noktalarının kesişme noktasında yükselen Brandium Ataşehir, sadece modern bir yaşam alanı değil, Ataşehir’in eksiklerini tamamlayacak kadar yenilikçi bir bakış açısının ürünü.



KentPlus Ataşehir

Yaşayış keyfiyyətinə əhəmiyyət verənlər üçün "Plus" konsepti ilə inşa edilən KentPlus Ataşehir, İstanbulun dəyəri getdikcə daha da artan bölgəsi Batı Ataşehir'də yerləşir. T.R. Baş nazirlik TOKİnin iştirakı ilə Emlak GYO A.Ş. tərəfindən planlaşdırılan və tenderdə öz yerini tutan KentPlus Ataşehir’in memarlıq layihəsi, Baş Memar Dr. Doğan Tekeli və memarlıq ofisi Tekeli - Sisa tərəfindən hazırlandı. İnşaat mərhələsində əldə etdiyi rekor satış sürətilə bütün diqqətləri üzərində toplayan layihə, 2007-ci ilin Aprel ayında öhdəliyə götürüldüyü şəkildə təhvil verilməyə başlanmışdır. Planlaşdırma mərhələsində aparılan "müştəri gözləntiləri və məmnuniyyəti" araşdırmasından əldə olunan nəticələrə əsasən layihələndirilən KentPlus Ataşehir'də, 6 fərqli binada həyatla iç içə ümumillikdə 2044 mənzil mövcuddur. Ümumillikdə 121.000 m² sahəlik KentPlus Ataşehir'in 80.000 m² sinin peyzaj sahəsindən ibarət olması daha çox uşaqlı ailələri sevindirir. Müxtəlif böyüklükdəki mənzil seçimləri, birinci kateqoriyalı material seçimi və funksional həlli yolları ilə gözləntiləri maksimum səviyyədə ödəyən KentPlus Ataşehir, təhlükəsiz, müasir, standartların üstündə yenilikçi mənzilləri ilə enerjili və aktiv xüsusiyyətlərə sahibdir. Zəlzələ Təhlükəsizliyi Plus konsepti ilə həyata keçirilən Kentplus Ataşehir'də, zəlzələyə qarşı ən təhlükəsiz inşaat metodlarından biri hesab olunan tunel qəlib texnologiyası ilə təhlükəsizlik ən yüksək səviyyədədir. Binanın xüsusiyyətləri KentPluslılara xas yaşayış sahəsi təklif etmək üçün hər detalın layihələndirildiyi KentPlus Ataşehir'də, hər mərhələdə öz yerini tutan; Açıq və qapalı avtopark Açıq üzmə hovuzları Açıq və qapalı uşaq oyun sahələri Tennis meydançası, voleybol, basketbol və mini futbol meydançası Qaçış / gəzinti yolu Kafe & Restoran kimi bir çox sosial imkân, hər yaşda bütün Kentpluslılara rahat bina həyatını təklif edir. Professional İdarəetmə KentPlus Ataşehir'də professional binanın idarəolunması, 24 saat bina daxili xüsusi kartlı və ümumi kamera nəzarətli təhlükəsizlik xidməti, təmizlik, zibillərin daşınması, lift üzrə texniki qulluq xidmətləri, peyzaj və bağça qulluğu, bina - lift qulluğu və hər növ təsis bərpa işlərini professional heyəti ilə KentPluslılara təklif edir.



KentPlus Kadıköy

KentPlus Ataşehir, Mimarsinan, Kartal, Centrium, Newport, Brandium Ataşehir və Pleon Sportivo’nun təsisçisi Emay İnşaat; göz qamaşdırıcı yeni layihəsi “Kentplus Kadıköy” ilə İstanbul’un mərkəzindədir... İstanbul'un qəlbi daim yanınızda vurur... KentPlus Kadıköy, yeni bir anlayışla İstanbul’un ən qədim və ən canlı mərkəzlərindən biri olan Kadıköy’də yüksək zirvəsinə çatır. Bağdat Caddesi’nə, metroya, Söğütlüçeşme və Fikirtepe metrobus dayanacaqlarına, Fenerbahçe Şükrü Saraçoğlu Stadionuna yaxınlığı ilə KentPlus Kadıköy, İstanbul’un hər yerinə asanlıqla çatmağınızı təmin edir. Elə bir yerdə yaşayırsınız ki... Bütün İstanbula qonşu olsanız, istədiyiniz hər yerə asanlıqla çatıb, tıxaca düşmədən, İstanbulun bütün gözəlliklərinin dadına vara bilsəniz… Ancaq eyni zamanda təravətli, rahat və müasir yaşayış sahəsindən zövq alacaqsınız. Qarışıq istifadəyə uyğun kompleks şəklində dizayn olunan Kentplus Kadıköy, ümumillikdə 27.000 m² sahədə təsis edilmişdir. Emay İnşaatın yaşıllığa və rahat bina həyatına verdiyi əhəmiyyət ilə layihənin təqribən 20.000 m² sahəsi rekreasiya sahələri, yaşıl sahələr ilə gəzinti və istirahət sahələri şəklində tənzimlənmişdir. Layihə, meydan konseptinə sahib olan bazarın üzərindəki podiumda əks etdiriləcəkdir. Bu dizayn ilə layihədəki giriş mərtəbələrin də ətraf mühitə hakim görünüşə sahib olması təmin edildi. Hər biri, giriş + 24 mərtəbəli 3 blokdan ibarət olan bu layihə, istər investisiya istərsə də yaşayış ehtiyacınızı maksimum səviyyədə təmin edəcək 1337 mənzildən ibarətdir. Həm müasir və dinamiki memarlıq üslubu, həm də ətraf mühit planlaşdırılması anlayışı ilə bölgədə qabaqcıl layihə hesab olunan KentPlus Kadıköy’də bütün blokların yerləşməsi bir-birinə mane olmayacaq və mənzərəyə ən yaxşı şəkildə yönələcək şəkildə tənzimlənmişdir. Buna əlavə olaraq bloklardakı dairəvi formalar, mənzillərin maksimum fasad istifadəsini təmin edərkən, gün işığından da ən üst səviyyədə faydalanılmasına da şərait yaratmışdır. Göy üzünə "0" KentPlus Kadıköy, geniş peyzaj sahəsinə əlavə olaraq mərtəbəli bağçaları ilə yaşıllığı da ayağınıza qədər gətirir. Geniş fasadı, bağça və göy üzü mənzərəsi ilə zövqlü saatlara ev sahibliyi edəcək mərtəbəli bağçaları KentPlus Kadıköy’də sizin yolunuzu gözləyir. KentPlus Kadıköy, yaşayış sahəsi içində təklif etdiyi imkanları ilə həyatınıza dəyər qatır. Binanın xüsusiyyətləri Açıq və qapalı avtopark Açıq üzmə hovuzları Açıq və qapalı uşaq oyun sahələri Qaçış / gəzinti yolları İdman mərkəzləri Meydan konseptli bazar Valet, quru təmizləmə, dekorasiya konsultasiyası kimi xidmətlər KentPlus Centrium və KentPlus Newport kimi Ömer Çamoğlu imzasını daşıyan KentPlus Kadıköy, istər material və formanın harmoniyası nəticəsində yaranan müasir və dinamiki memarlıq üslubu və istər ərazinin ağıllı istifadəsiylə ön plana çıxan planlaşdırma anlayışıyla bölgədə qabaqcıl layihə şəklindədir. Müxtəlif funksiyaların bir-birinə mənfi şəkildə təsir göstərməyib, əksinə birgə daha da güclənərək, yüksək keyfiyyətdə sosial imkânların və dizaynda yaşıllığın istifadəsinə üstünlük verilməyin hədəfləndiyi, yaratdığı meydanla birlikdə tamamiylə cazibə mərkəzi meydana çıxarmağı qarşısına məqsəd qoyan bir layihə olaraq önə çıxır.



KentPlus Newport

Təyyarənin qanadlarında müstəqil bir həyat! KentPlus Newport, İstanbulun ən sürətli inkişaf etmiş bölgələrindən biri olan Kurtköy’də Sabiha Gökçen Hava limanı’na 2 dəqiqə məsafədə yerləşir. Mimar Ömer ÇAMOĞLU imzasını daşıyan layihə, 22.000 m2-lik sahədə 4 blok və 436 mənzildən ibarətdir. Memarlığında təyyarə qanadlarından ilhamlanan bloklarda, bütün bloklar digərinin işığına və mənzərəsinə mane olmamaq üçün xüsusi olaraq dizayn edilmişdir. Kentplus Newport xüsusi memarlıq üslubu ilə sakinlərinə geniş, füsunkar və müasir yaşayış sahəsini təklif edir. Enerji qənaətinin getdikcə əhəmiyyət qazandığı günümüzdə KentPlus Kurtköy, Enerji İdentifikasiya Sənədinə sahib olan aşağı enerji istehlaklı bina olacaqdır. Mərkəzi sistem ilə isinəcək layihədə payların ölçülməsi sayəsində hər mənzil istifadə etdiyi qədər ödənişi həyata keçirəcəkdir, mənzillər eyni zamanda 24 saat isti su ilə təmin olunur.



KentPlus Kartal

Emay İnşaat’ın KentPlus Ataşehir və Kentplus Mimarsinan’dan sonra reallaşdırdığı PLUS konseptli 3-cü layihəsi olan KentPlus Kartal, 30.980 m² böyüklüyündəki sahədə ümumillikdə 518 mənzildən ibarətdir. Memarlıq layihəsi Kentplus Ataşehir layihəsinin də memarı olan Baş Memar Dr. Doğan Tekeli imzasını daşıyan layihə, 3 müxtəlif strukturda 8 blokdan ibarətdir. KentPlus Kartal, 1+1‘dən 4+1’ə fərqli böyüklükdəki mənzil seçimləri ilə hər ehtiyaca uyğun həlli yollarını təklif edir. Zəlzələyə qarşı ən təhlükəsiz sistemlərdən biri olan tunel qəlib sistemi ilə ən sonuncu zəlzələ əsasnamələrinə uyğun olaraq inşa olunan KentPlus Kartal, 2009-cu ilin Mart ayında mənzil sahiblərine təhvil verilməyə başlamışdır.



KentPlus Mimarsinan

KentPlus Ataşehir layihəsi ilə mühüm nailiyyətə imza atan Emay İnşaat, Plus konseptli 2-ci layihəsi KentPlus Mimarsinan’ı yaşayış keyfiyyətinə əhəmiyyət verənlər üçün Büyükçekmece – Mimaroba’da inşa etmişdir. Ataşehir'in standartlarını Mimarsinan'a daşıyan Emay İnşaat'ın təbiətə verdiyi əhəmiyyətlə mavi ilə yaşılı qovuşduran KentPlus Mimarsinan, 19 blokda bir çoxu dəniz mənzərəli 660 mənzildən ibarətdir. T.R. Baş nazirlik TOKİ iştirakı olan Emlak GYO A.Ş. tərəfindən planlaşdırılan və tenderdə öz yerini tutan KentPlus Mimarsinan’da Emay İnşaat, Türkiyə'nin tikinti sahəsində işində peşəkar olanları bir yerə topladı. KentPlus Mimarsinan, Memar Erol Kuzubaşıoğlunun imzasını daşıyır. Zəmin araşdırmaları Boğaziçi Universiteti İnşaat Mühəndisliyi Bölməsi tədris üzvlərindən Prof. Dr. Erol Güler tərəfindən təsdiqlənən layihə, zəlzələyə qarşı ən təhlükəsiz inşaat texniklərindən biri olan tunel qəlib texnologiyasının əsasında inşa edilmişdir. Ümumillikdə 42.000 kvadrat metrə qədər uzanan layihənin 32.000 kvadrat metri sosial təchizat və peyzajdan ibarətdir. 2007-ci ilin Dekabr ayında təhvil veriləcəyi öhdəliyə götürülən KentPLUS Mimarsinan erkən vaxtda tamamlanmış və 2007-ci ilin Avqust ayında mənzil sahiblərinə təhvil verilməyə başlamışdır. Binanın xüsusiyyətləri KentPlus MimarSinan, KentPluslıların xoş həyat yaşamaları üçün bir çox sosial təsisi ehtiva edir: Açıq və qapalı avtoparklar Qaçış və gəzinti yolları Uşaq oyun parkları Xoş gəzintilər və qısa fasilələr üçün planlaşdırılan iki dekorativ hovuz və kameliyalar Əczanə, dərzi, quru təmizləmə və market kimi gündəlik ehtiyacların ödənəcəyi iki butik bazarı Nəzdində fitness salonu, kafe & restoran, sauna, açıq üzmə hovuzu, bilyard və stolüstü tennis salonunu ehtiva edən sosial təsis KentPLUS Mimarsinan damının altında təhlükəsiz bir həyat Təhlükəsizliyin üst səviyyədə təmin edildiyi KentPlus Mimarsinan’da görüntülü bina sistemləri, bina daxili kamera nəzarəti və növbəli təhlükəsizlik sistemi tətbiq olunur.



KentPlus Centrium

Sadəcə İstanbulun deyil, həyatınızın da mərkəzində! Emay İnşaatın həyati keyfiyyətinə əhəmiyyət verənlər üçün "Plus" konsepti ilə inşa olunan 4-cü layihə olan Kentplus Centrium, İçerenköy Fındıklıda yerləşir. 3 blokdan ibarət “Centrium Park” və 1 rezidansdan ibarət “Centrium Tower” ilə Kentplus Centrium, 22.000 m2 -lik sahədə ümumi 796 mənzildən ibarətdir. Layihədə dört blokdan hər birinin yerləşdirilməsi ərazi strukturuna uyğun olaraq həyata keçirildi. Bu yerləşmədə eyni zamanda, blokların bir-birinin işığını və mənzərəsinin qarşısının almamağına diqqət edildi. Beləlikdə, hər blokda, ucsuz bucaqsız meşə və dəniz mənzərəsi KentPlus Centrium sakinlərinin seyr zövqü üçün xüsusilə qorunmuş oldu. Layihə daxilində hər zövqə və ehtiyaca uyğun dəniz və meşə mənzərəli 52 növdə mənzil mövcuddur. KentPlus Tower’da home ofis olaraq istifadə olunacaq 1+0, 1+1 ve 2+1 tipində mənzillər, Centrium Park’da 1+1’den 4+1 şəklində mənzil seçimləri normal mərtəbə, dubleks, townhouse və bağça və ya mərtəbəli teraslı alternativlər də mövcuddur.