Haqqımızda

Emay İnşaat, 1995-ci ildə Ankarada təsis edilmişdir. Mühəndislik kökənli ortaqlıq strukturu, firmanın hər daim yeniliklərə və inkişafa açıq, cəsur və çevik təkmilləşmə siyasətini izləməsini təmin etmişdir. Şirkət, 1996-cı ildə İstanbul Büyükşehir Bələdiyyəsi tərəfindən mənzil ilə bağlı tenderləri qazanması ilə yanaşı İstanbul mərkəzli layihələrdə iştirak edərək öhdəlik sektorunda öz yerini tutmuşdur. Daha sonra SSQ, Oyak, Tikinti Nazirliyi, Milli Təhsil Nazirliyi kimi qurumların məktəb, xəstəxana kimi mühüm əhəmiyyət kəsb edən layihələrini tamamlamışdır. 2000-ci ildən sonra  Büyükşehir Bələdiyyəsi və TOKİ tərəfindən keçirilən tender ilə, tunel qəlib sistemi ilə həyata keçirilən kütləvi yaşayış massivi layihələrinə iştirak etməyə başlamışdır. Markalı mənzil layihələrində də yüksək satış rəqəmləri və yüksək layihə mükafatları ilə diqqət çəkən Emay İnşaat, günümüzə qədər Kentplus Ataşehir, Kentplus Mimarsinan, Kentplus Kartal layihələrini həyata keçirmiş, müvəffəqiyyətlə tamamlamış və minlərlə insan Plus konseptli evlərində yaşamaya başlamışdır. Bu layihələr ilə birgə Emay İnşaat A.Ş. mənzil layihələrini təkmilləşdirməyə davam etmiş, 2010-cu il ərzində Centrium Park, Centrium Tower, KentPlus Newport , 2011-ci ildə Brandium Ataşehir və 2013-cü ildə də KentPlus Kadıköy layihəsinə başlamışdır. İnşaat layihələri ilə birgə Emay İnşaat, KentPlus Ataşehir’dəki 2044 mənzilin daxilində mövcud olan Pleon Sportivo İdman mərkəzindəki layihələri də həyata keçirmişdir. 7000 m2 qapalı sahəsi olan idman mərkəzi, Türkiyənin ən inkişaf etmiş, lyuks idman mərkəzi olaraq dizayn edilmiş və qısa müddətdə minlərlə üzv bu mərkəzdə idmanla məşğul olaraq sağlam həyata addım atmışlar. Pleon Sportivo’nun 2-cisi də KentPlus Centrium nəzdində həyat taparaq layihəyə dəyər qatacaqdır. Bütün bunlara əlavə olaraq Emay İnşaat A.Ş. turizm və sağlamlıq sahəsində də çalışmalarına davam etmişdir. Bunun nəticəsi olaraq İstanbul Anadolu İstiqaməti’ndə 5 ulduzlu bir otel və Convention Center inşaatına, Avropa İstiqaməti’ndə də özəl bir xəstəxana layihəsini həyata keçirmək üçün çalışmalara başlamışdır. Emay İnşaat A.Ş. sıx çalışmalarının nəticəsi olaraq 2008-ci il Qurumlar Vergisi Türkiyə daxili rekortmenlərində ilk 100’ə 62-ci sıradan daxil olmuş və bunun qüruru ilə digər inşaat, sağlamlıq və turizm investisiyalarına davam etməkdədir.